AFFA milli komandanı Almaniyaya göndərir
16.12.2008 - 11:52
AFFA milli komandanı Almaniyaya göndərir
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Almaniyaya yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının ikinci seçmə mərhələsinin elit raunduna vəsiqə qazanan yığmamız bu məsul sınağa Frankfurtda hazırlaşacaq. Bu məqsədlə həmin şəhərdə gələn ilin martın 9-dan 17-dək təlim-məşq toplanışı keçiriləcək. Yığmamız elit raundda martın 19-da Hollandiya, 21-də Xorvatiya, 24-də Lüksemburq millisi ilə görüşəcək. Azərbaycanın U-17-nə rəhbərlik edən Bernard Lippert bunadək digər yığmamızı təlim-məşq toplanışına yığacaq. Belə ki, eyni zamanda 21 yaşlılardan ibarət yığma komandamızı çalışdıran almaniyalı mütəxəssis bu ayın 21-dən 25-dək Sumqayıtda hazırlıq prosesi keçəcək.
0