Məşhur müğənni baş məşqçi oldu
16.12.2008 - 12:18
Məşhur müğənni baş məşqçi oldu
Macarıstan futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, ölkənin məşhur müğənnilərindən biri Tamaş Hevesi REAK klubunun baş məşqçisi təyin olunub.

Hevesi UEFA-nın məşqçilik lisenziyasını bu ilin avqustunda alıb. “Ferentsvaroş” klubunun qadınlardan ibarət komandasını çalışdıran müğənninin uğurlu nəticələr qazanması diqqəti cəlb etmişdi. Elə bu səbəbdən REAK rəhbərliyi klubu Tamaşa tapşırıb.
Qeyd edək ki, Macarıstanın ən yüksək liqasında mübarizə aparan REAK ilk dövrənin yekunlarına əsasən, 8 xalla sonuncu, 16-cı yerdə qərarlaşıb.
0