“Fənərbaxça” ilk transferini gerçəkləşdirdi
16.12.2008 - 12:40
“Fənərbaxça” ilk transferini gerçəkləşdirdi
Türkiyənin “Fənərbaxça” klubu ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yerli futbolçu ilə anlaşıb.

“Fənərbaxça” digər superliqa klubu “Ankaragücü”nün yarımmüdafiəçisi Gökhan Əmrəciki dövrələrarası fasilə dönəmində rəsmən heyətinə qatacaq. Ötən mövsüm 250 min dollar qarşılığında İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor”dan transfer edilən 24 yaşlı futbolçu “Fənərbaxça”ya 1 milyon 800 min dollara başa gəlib.

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Fatih Terim də Əmrəciki iki dəfə komandanın hazırlıq prosesinə cəlb edib.
0