Auqusto Andaveris Azərbaycan və Boliviya futbolunu müqayisə etdi
16.12.2008 - 12:52
Auqusto Andaveris Azərbaycan və Boliviya futbolunu müqayisə etdi
“Azərbaycan klubları Boliviya ilə müqayisədə futbolçulara daha çox pul ödəyir. Elə bu səbəbdəndir ki, Boliviya küçələrində də top qovanlar ölkə xaricinə üz tuturlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Boliviya yığmasının sabiq futbolçusu Auqusto Andaveris deyib.

Bakının “İnter” klubunda çıxış edən cənubi amerikalı futbolçu vətənində özünün Azərbaycan həyatı ilə bağlı verdiyi müsahibədə qol vurduğu qollardan da danışıb: “Azərbaycan çempionatında fasilə yaranıb. Mən də yanvarın 2-dək məzuniyyətdəyəm. İkinci dövrə yalnız gələn il fevralın 15-də başlayacaq. Müqaviləm isə mövsüm bitəndən sonra, iyunun axırına qədərdir. Bu müddətdə mənim üçün ən vacib olanı yaxşı oynayıb, çox qol vurmağa çalışacağam. Mənim işim qol vurmaqdır. Artıq 7 dəfə fərqlənmişəm ki, mövsümün sonunadək bu rəqəmi artırmağa çalışacağam. Çempionatın əvvəlində beşinci pillədə olan komandamız da artıq zirvəni ələ keçirib”.

Boliviya və Azərbaycan futbolunu da müqayisə edən Andaveris həmyerlilərinə Valentin Belkeviç haqqında da danışaraq, onu məşhur boliviyalılara bənzədib: “Azərbaycan və Boliviya futbolu arasındakı əsas fərq sürətdədir. Orada da bizdə olduğu kimi texnikalı oyuna üstünlük verir, topla yaxşı rəftar etməyi bacarırlar. Amma nisbətən lənglik diqqət çəkir. Boliviya futbolundakı hərəkətlilik daha sürətlidir. Orada az da olsa, cənubi amerikalılar da çıxış edir. Bir neçə uruqvaylı və braziliyalını qeyd edə bilərəm. Bir dənə də çox məşhur futbolçu var. Bu belaruslu bizim Etçeverria və Ervin Sançes səviyyəsində tanınmış oyunçudur. Özü də o da bizim komandanın üzvüdür”.

Artıq ölkəmizə uyğunlaşdığını bildirən Andaveris paytaxtı tərk etmək niyyətində deyil: “Azərbaycandakı insanlar da fərqlidir. Onların özlərinə və bizim mədəniyyətə yanaşmaları bir az çətindir. Amma ümumilikdə, onların da çoxu normal geyimə üstünlük verir. Mənim də bu ölkədə yaşamaqla bağlı hər hansı problemim yoxdur. Azərbaycan elə bir ölkədir ki, hərə öz sakit həyatını sürür. Elə mənim üçün də orada yaşamaq çox rahatdır. Bilirəm ki, “La-Pas” məni geri qaytarmaq istəyir. Mən indi bu haqda düşünmürəm. Çünki hazırda müqaviləmə əməl etməliyəm. Özüm də Bakıda qalmaq istəyirəm. Orada çoxlu dostlarım var. Buna baxmayaraq, müqaviləm bitəndə başqa təkliflər alsam nəzərdən keçirəcəyəm”.
0