Rüfət Quliyev cəzalandırıldı
16.12.2008 - 13:26
Rüfət Quliyev cəzalandırıldı
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, gündəlikdə duran yeganə məsələ futzal üzrə həvəskarlar liqasında baş verən xoşagəlməz olaya hüquqi qiymət verilməsi olub. Azərbaycan birinciliyi çərçivəsində keçirilən PSL – “Smart” oyununun 51-ci dəqiqəsində bir-birlərini təhqir etdikləri üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan futzalçılar Rüfət Quliyevlə Eldar Nəsrullayevin cəzası eyni olub. Həm Quliyev (PSL), həm də Nəsrullayev (“Smart”) iki oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, həvəskarların yarışında cərimə nəzərdə tutulmayıb.
0