“Bakı” “Dnepr”lə qarşılaşa bilər
16.12.2008 - 15:00
“Bakı” “Dnepr”lə qarşılaşa bilər
“Bakı” klubu Ukrayna və Avstriya komandaları ilə görüşə bilər. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında Türkiyədəki təlim-məşq toplanışında “Dnepr” (Dnepropetrovsk) və “Mattersburq” (Burqenland) ilə yoxlama oyunu keçirməyin mümkünlüyünü bildirib. Premyer Liqamızda ilk dövrəni 2-ci yerdə başa vuran “Bakı” Antalyadakı hazırlıq prosesində güclü rəqiblərlə yoxlama oyunu keçirməyi planlaşdırıb: “İkinci dövrəyə hazırlıq məqsədilə Türkiyədəki keçirəcəyimiz toplanış yanvarın 15-dən fevralın 4-dək davam edəcək. Bu müddətdə 4-5 yoxlama oyunu keçirmək fikrindəyik. Bildiyimizə görə, “Dnepr” və “Mattersburq” da həmin vaxt orada hazırlıq keçəcək. Bu komandalarla görüşəcəyimiz istisna deyil. Rəqiblərimiz Türkiyəni tərk edənə qədər yoxlama oyunu keçirmək variantını reallaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, “Dnepr” öz çempionatında 7-ci, “Mattersburq” 9-cu yerdə gedir.
0