Zeynal Zeynalov milli komandadan da uzaqlaşdırıldı
16.12.2008 - 15:12
Zeynal Zeynalov milli komandadan da uzaqlaşdırıldı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dekabrın 16-dan 23-dək Bakıda təlim-məşq toplanışı keçəcək yığmaya 16 oyunçu çağırılıb.

Maraqlıdır ki, futbol üzrə milli komandamızın da şərəfini qoruyan Zeynal Zeynalova bu dəfə dəvət göndərilməyib. Halbuki, Zeynal çimərlik futbolu yığmasının aparıcı üzvlərindən sayılır. Amma axır vaxtlar işləri qaydasında getməyən yarımmüdafiəçi ötən ay “Muğan” klubundan kənarlaşdırılıb.

Təlim-məşq toplanışına çağırılan futbolçuların tam siyahısı aşağıdakı kimidir:
Ruslan Əliyev, İlqar Rzayev, Vaqif Şirinbəyov, Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Müslüm Hüseynov, Elnur Əhmədov, Seymur Məmmədov, Emin Kürdov, Radik Əhmədov, Xəyyam Rəşidov, Taleh Ağayev, Fərhad İsgəndərov, Abuzər İbrahimov
0