18 yaşlı futbolçu güllələndi
16.12.2008 - 15:59
18 yaşlı futbolçu güllələndi
Nigeriya futbolu yasa batıb. Apasport.az saytının məlumatına görə, buna yerli klublardan “Hertland”ın üzvü Arima Keleçinin qətlə yetirilməsi səbəb olub.

18 yaşlı hücumçu “Qateuey” klubu üzərində qələbə qazandıqları oyundan sonra öldürülüb. Komandasının turnir cədvəlində liderliyə yüksəlməsində önəmli rol oynayan istedadlı gənc başından güllələnib. Yerli polis təhqiqata başlasa da, qatilin kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
0