Yığmanın futbolçusu həbs edildi
16.12.2008 - 16:15
Yığmanın futbolçusu həbs edildi
Fransa yığmasının hücumçusu Sidney Qovu həbs olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb “Lion” klubunda çıxış edən futbolçunun sərxoş halda avtomobil idarə etməsi olub. Test Qovunun qanında alkoqolun həcminin normadan beş dəfə artıq olduğunu göstərib. Sürücülük vəsiqəsindən məhrum edilən Sidney polis bölməsinə aparılıb. Sonradan evə buraxılan Qovu bu hərəkətinə görə məhkəmə qarşısında cavab verməli olacaq.
0