İspaniya yığması Bakıya gəlir
16.12.2008 - 16:39
İspaniya yığması Bakıya gəlir
Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandası Avropa çempionatının seçmə oyunlarını Bakıda keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2009/2010-cu il mövsümünün birinci seçmə mərhələsində millimizin rəqibləri olan İspaniya, Ukrayna və Kipr yığmaları Bakıya gələcək. Bu komandalar arasında mini turnir sentyabrın 19-dan 24-dək keçiriləcək.
Qeyd edək ki, yığmamız 2008/09 mövsümünün ikinci seçmə mərhələsinə vəsiqəni də Bakıda təşkil olunan turnirdə qazanmışdı.
0