Premyer Liqada legioner limiti “6+5” olacaq
16.12.2008 - 18:55
Premyer Liqada legioner limiti “6+5” olacaq
Rusiya Premyer Liqasında yeni mövsümdən limit dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı açıqlama verən Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko limitin “6+5” olacağını təsdiqləyib. Bununla da komandalar meydana eyni zamanda 6 əcnəbi futbolçunu buraxa, 5-in isə ehtiyatda saxlaya bilər.

Ölkə futbolunun inkişafı, yerli oyunçuların səviyyəsinin qalxması üçün legioner limitinin azalmasını vacib hesab edən Mutko 2009-cu ildən bunu tətbiq edəcəklərini bəyan edib: “Bəzi klublar elə düşünürdü ki, limiti dəyişdirməkdə əlimiz əsəcək. Ancaq biz seçilən kursdan geri çəkilməməyi qərara aldıq”.
Hazırda Rusiyada legionerlərə qoyulan limit 7-dir və 2010-cu ildə bunun 5-ə endirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında legionerlərə qoyulan limit cari mövsümdən ləğv olunub.
0