Meydana çılpaq azarkeş girdi - FOTO
16.12.2008 - 18:57
Meydana çılpaq azarkeş girdi - FOTO
İngiltərə çempionatının 5-ci liqasında keçirilən “Qreys Atletik” – “York” matçında azarkeşlərdən biri meydana lüt daxil olub. Apasport.az saytının məlumatına görə, əynində heç nə olmayan ingilis fanat dekabrın soyuğunda titrəməmək üçün meydanın ortasında rəqs etməyə başlayıb. Lakin polislər azarkeşlərin maraqla izlədiyi şounun uzun sürməsinə əngəl olub.
Qeyd edək ki, bu matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
0