UEFA kuboku: diqqət mərkəzə!
16.12.2008 - 23:40
UEFA kuboku: diqqət mərkəzə!
UEFA kubokunun qrup mərhələsində sonuncu turun oyunları start götürür. Apasport.az saytının məlumatına görə, sabah 4 qrupda 8 matç keçiriləcək. E, F qruplarında qarşılaşmalar forml xarakter daşıyacağı halda, G və H qruplarında UEFA kubokunun 1/16 final mərhələsinə 3 vəsiqənin taleyi həll olunacaq. Bunun uğrunda “Brügge”, “Kopenhagen”, “Deportivo”, “Nansi” və “Lex” komandaları mübarizə aparacaqlar. UEFA kubokunun qrup mərhələsinə dekabrın 18-də yekun vurulacaq.

17 dekabr
E qrupu
“Milan” - “Volfsburq”
“Portsmut” - “Herenven”

F qrupu
“Ayaks” - “Slaviya”
“Hamburq” - “Aston Villa”

G qrupu
“Brügge“ - “Kopenhagen”
“Sent Etyen” - “Valensiya”

H qrupu
“Deportivo” - “Nansi”
“Feyenord” - “Lex”

Qeyd: bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
0