Almaniya - Türkiyə matçı 2008-ci ilin ən yaxşı idman verilişidir
17.12.2008 - 10:36
Almaniya - Türkiyə matçı 2008-ci ilin ən yaxşı idman verilişidir
Almaniya təhqiqatçıları 2008-ci ildə yayımlanan idman verilişlərinin reytinqini tərtib ediblər. Apasport.az saytının məlumatına görə, ən çox izlənən 50 proqramdan ilk 31-i futbolla bağlı olub.

Avropa çempionatının yarımfinalında keçirilən Almaniya - Türkiyə qarşılaşması televiziya tamaşaçılarının sayında ilin rekordunu müəyyənləşdirib. Həmin matçı 29,46 milyon adam izləyib. Bu həmin anda televiziya arxasında oturan almaniyalıların 81,2 faizi deməkdir. İspaniya ilə final qarşılaşmasına isə cəmi 28,05 milyon adam baxıb.

Ümumiyyətlə, ən çox izlənən 19 veriliş qitə çempionatının oyunlarıdır. Ən yaxşı qeyri futbol verilişi isə peşəkar boksçular Vitali Kliçko ilə Samuel Piterin döyüşü olub. Cəmi 9,67 milyon izləyici toplayan boksçular 32-ci yerlə kifayətlənib. Pekin Olimpiadasının ən çox seyr olunan anları isə siyahıda 47-ci yerdədir.

Qeyd edək ki, türklərlə qarşılaşma Almaniya futbol tarixinin rekordunu da qırmağa çox yaxınlaşıb. İndiyədək alman tamaşaçılar arasında ən yüksək reytinqə 2006-cı il dünya çempionatının İtaliya ilə yarımfinal matmı malikdir. Bu görüşün izləyicilərinin sayı 29,66 milyon nəfər idi.
0