“İnter” rəhbərliyi AFFA-ya hesabat verəcək
17.12.2008 - 10:41
“İnter” rəhbərliyi AFFA-ya hesabat verəcək
Dekabrın 22-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun toplantısı saat 11:00-da assosiasiyanın inzibati binasında baş tutacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. «Şəfa» stadionunda görülən işlərlə bağlı «İnter» klubunun rəhbərliyinin hesabatı

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə braziliyalı mütəxəssis Joze Alesio da Silvanın təsdiq olunması

3. İK-nın 5 iyul 2008-ci il tarixli qərarı ilə lisenziya şərti olaraq Premyer Liqanın növbəti mövsümündən başlayaraq bir stadionun xidmətindən yalnız bir klub istifadə etməlidir. Bununla bağlı mövcud vəziyyətin müzakirəsi

4. 17 yaşadək futbolçularla bağlanan müqavilənin müddətinin müəyyənləşdirilməsi

5. 11 yaşdan başlayaraq futbolçuların elektron qeydiyyatının və məlumat bazasının yaradılması

6. Digər məsələlər
0