Son 25 ilin 11 əfsanəsi
17.12.2008 - 10:45
Son 25 ilin 11 əfsanəsi
“Hürriyət” qəzeti son 25 ildə Türkiyə çempionatında çıxış edən əfsanə “11-liy”i müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, heyətə yalnız yerli futbolçuların adları daxil edilib.

Ən yaxşı 11 futbolçunun adı “Hürriyət”in oxucularının səsverməsi ilə müəyyənləşdirilib. Maraqlı məqamlardan biri karyerasını davam etdirən Arda Turanın heyətdə yer almasıdır. Ümumiyyətlə, ən yaxşılar arasında ən çox (5 futbolçu) nümayəndə “Qalatasaray” klubuna məxsusdur. Fərqlənənləri tədbirə dəvət olunan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim şəxsən təbrik edib.

Son 25 ilin əfsanə “11-liy”i

Qapıçı:
Rüştü Rəcbər (Beşiktaş)

Müdafiəçilər: Hakan Ünsal, Bülənt Korkmaz (hər ikisi Qalatasaray), Alpay Özalan, Rəcəp Çətin (hər ikisi Beşiktaş)

Yarımmüdafiəçilər: Rıdvan Dilmən (Fənərbaxça), Sərgən Yalçın (Beşiktaş), Oğuz Çətin (Fənərbaxça), Arda Turan (Qalatasaray)

Hücumçular: Tanju Çolak, Hakan Şükür (hər ikisi Qalatasaray)
0