Yunanlar “Fənərbaxça”nın futbolçusunu istəyir
17.12.2008 - 11:12
Yunanlar “Fənərbaxça”nın futbolçusunu istəyir
Aleks de Souza dövrələrarası fasilə dönəmində “Fənərbaxça”dan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, bu iddia ilə Fransa mətbuatı çıxış edib.
İstanbul təmsilçisinin kapitanı Yunanıstanın “Panatinaikos” klubunun maraq dairəsinə düşüb. Qarşı tərəf Aleksi heyətinə qatmaq üçün 6 milyon avro transfer təklifi irəli sürüb. 2003-cü ildən “Fənərbaxça”da çıxış edən yarımmüdafiəçinin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
0