Azərbaycan yığması 2009-cu ilə 134-cü yerdə gedir
17.12.2008 - 14:36
Azərbaycan yığması 2009-cu ilə 134-cü yerdə gedir
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2008-ci ilin son siyahısında Azərbaycan yığması mövqeyini dəyişməyib. Milli komandamız ötən ay olduğu kimi, yenə 134-cü pillədə qərarlaşıb.

İspaniyanın birinci olduğu siyahıda yığmamızın 2010-cu il dünya çempionatındakı rəqiblərindən Almaniya 2-ci, Rusiya 9-cu, Finlandiya 55-ci, Uels 60-cı Lixtenşteyn 149-cu yerdədir.
0