Ponomaryov Bambanı “Xəzər-Lənkəran”a qaytarır
17.12.2008 - 14:40
Ponomaryov Bambanı “Xəzər-Lənkəran”a qaytarır
“Xəzər-Lənkəran”ın Kod Divuarlı keçmiş hucümçusu Yakuba Bamba yenidən bu kluba qayıdır. Bu barədə komandanın vitse-prezidenti Araz Nəsirov məlumat verib. Apasport.az saytının məlumatına görə, komandanın Bambayla müqaviləsi bitmədiyindən bu futbolçu hazırda kluba məxsusdur. “Bambayla bağlı qərarı komanda bir araya gəldikdən sonra verəcəyik”.

Bambanın qarşıdakı təlim-məşq toplanışına çağırılacağını söyləyən Nəsirov baş məşqçi İqor Ponomaryovun futbolçunun oyununu bəyənəcəyi təqdirdə onun heyətdə qalacağını deyib.

Xatırladaq ki, Ağasəlim Mircavadovun dönəmində «XL»in əsas oynçularından sayılan Bamba Rasim Karanın gəlişindən sonra Cənub klubundan uzaqlaşıb və hazırda Fransada yaşayır.

qol.az
0