Milli komandamızın son 12 ildə ən pis göstəricisi
17.12.2008 - 15:21
Milli komandamızın son 12 ildə ən pis göstəricisi
Futbol üzrə Azərbaycan milli komandası son 12 ildə ən pis göstəriciyə nail olub. Apasport.az saytının məlumatına görə, yığmamız 1996-cı ildən bu yana FİFA-nın reytinqində ili belə geridə başa vurmamışdı.

Cari ili 134-cü pillədə bitirən Azərbaycan FİFA-ya üzv kimi qəbul olunduğu ilk illərdə aşağı pillələrdə olub. Belə ki, yığmamız 1994-cü ildə reytinq sıralamasında 147, bundan bir il sonra 141-ci olub. 1996-cı ili 125-ci pillədə bitirən milli komanda sonrakı illəri 123 (1997), 99 (1998), 97 (1999), 115 (2000), 113 (2001), 113 (2002), 119 (2003), 113 (2004), 114 (2005), 125 (2006), 115-ci (2007) yerdə başa vurub.

2008-ə 116-cı pillədən başlayan yığmamız bu 12 ayda ümumilikdə 18 pillə geriləyib. Azərbaycan FİFA-nın reytinqində fevralda 122, martda 119, aprel və mayda 137, iyunda 133, iyulda 39, avqust və sentyabrda 138, oktyabrda 143, noyabr və dekabrda 134-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, hesabında 207 xal olan milli komandamız UEFA-nın reytinqində 53 ölkə arasında 47-dir.
0