“Qalatasaray”ın tarixi 656 səhifədə
17.12.2008 - 16:05
“Qalatasaray”ın tarixi 656 səhifədə
Türkiyənin ən köklü futbol klublarından biri “Qalatasaray”ın tarixi haqqında kitab nəşr olunub. Apasport.az saytının məlumatına görə, 656 səhifəlik kitabda İstanbul komandasının 103 illik tarixinin bütün dövrlərinə yer ayrılıb.

Kitabın yazılıb, çapa verilməsi 4 il vaxt aparıb. Bundan ötrü fəaliyyət göstərən xüsusi heyət İstanbul, Ankara və İngiltərənin arxiv idarələrində araşdırmalar aparıb. Təsadüfi deyil ki, kitabda indiyədək heç yerdə rast gəlinməyən şəkillər dərc olunacaq.

“Qalatasaray” tarixindən bəhs edən kitabı əldə etmək heç də asan başa gəlməyəcək. Çünki kitabdan cəmi 1905 nüsxə buraxılıb. Bu, klubun 1905-ci ildə yaranmasına işarədir. 1-dən 1905-dək nömrələnən kitabların ilk 3 sayı klubun muzeyində saxlanılacaq. Qalan 1902 kitab isə kütləvi satışa çıxarılmayacaq. Həmin kitabları almaq üçün “Qalatsaray”ın nümayəndəsinə müraciət etmək vacib şərtdir. Bir kitabın qiyməti 400 türk lirəsinə (təxminən 200 manata) bərabərdir.
0