2008-ci ildə ən çox qazanan futbolçular
17.12.2008 - 16:44
İspaniyanın internet saytlarından biri dünyada ən çox pul qazanan futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, birinci yeri İsveç yığmasının və “İnter”in hücumçusu Zlatan İbrahimoviç tutur. O, il ərzində 12 milyon avro qazanmaqla, həmkarlarının hamısını geridə qoyub.
Maraqlıdır ki, 2008-ci ildə Avropanın ən yaxşı futbolçusu olan Kriştianu Ronaldo bu siyahının ilk “onluğ”una düşə bilməyib. Eyni zamanda, “Milan”ın üzvləri Ronaldinyo və Andrey Şevçenkonun da qazancları obyektiv səbəblər üzündən azalıb və bu səbəbdən onlar yuxarı pillələrdə yer almağı bacarmayıblar.
İllik qazancı ən yüksək 10 futbolçunun siyahısı:
1. Zlatan İbrahimoviç (“İnter”, İsveç yığması) - 12 milyon avro
2. Lionel Messi (“Barselona”, Argentina yığması) - 10 milyon
3-4. Kaka (“Milan”, Braziliya yığması) və Samuel Eto O (“Barselona”, Kamerun yığması) - 9 milyon
5-6. Con Terri və Frank Lempard (hər ikisi “Çelsi”, İngiltərə yığması) - 8.16 milyon
7. Tyerri Anri (“Barselona”, Fransa yığması) - 8.06 milyon
8. Fernando Torres (“Liverpul”, İngiltərə yığması) - 7.92 milyon
9. Mixael Ballak (“Çelsi”, Almaniya yığması) - 7.8 milyon
10. Stiven Cerrard (“Liverpul”, İngiltərə yığması) - 7.68 milyon Avro

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0