“Valyadolid”in baş məşqçisi Rəşad Sadıqovu hələ görməyib
17.12.2008 - 16:50
“Valyadolid”in baş məşqçisi Rəşad Sadıqovu hələ görməyib
“Rəşad Sadıqovla bağlı hansı qərarın veriləcəyini indidən söyləmək mümkün deyil”. Bunu apasport.az saytına eksklüziv açıqlamasında İspaniyanın “Valyadolid” klubunun mətbuat xidmətinin rəhbəri Mario Migel Niyeto deyib.

Klubun baş məşqçisi Xose Luis Mendelibarla əlaqə saxlamağımıza vasitəçi olan mətbuat katibi çalışdırıcının milli komandamızın 26 yaşlı kapitanını hələ iş başında görmədiyini və bu səbəbdən fikir yürütməkdə çətinlik çəkdiyini bildirib: “Rəşadın komandamıza keçidi ilə bağlı hər hansı şərh vermək hələ tezdir. Futbolçunuz hazırda baş məşqçimiz Mendelibarın rəhbərlik etdiyi əsas komandada yer almır. O, hələlik ikinci komandanın düşərgəsində hazırlıq keçir. Sadıqovla bağlı hansı qərarın veriləcəyini hələ deyə bilmərik”.

Qeyd edək ki, “Neftçi”nin kənarlaşdırdığı Sadıqov ötən həftəsonu “Valyadolid”ə baxışa yollanıb.
0