Futbol Federasiyasında prokuror ştatı açılıb
17.12.2008 - 18:01
Polşa Futbol Federasiyasında yeni ştat açılıb. Apasport.az saytının məlumatına görə, maliyyə fırıldaqçıları ilə mübarizə aparmaq əzmində olan polşalılar qurumda prokurorun çalışmasını zəruri sayıb. Federasiyada prokurorun əsas vəzifəsi iş yoldaşlarının fəaliyyətinə nəzarət etmək olacaq. Polşalılar bu vəzifəni 57 yaşlı hərbi prokuror, general Voyçek Petkoviçə həvalə edib. Bu addımı atmağa isə ölkə futbolunu bürüyən fırıldaqçılıq, oyun alqı-satqıları səbəb olub.
Qeyd edək ki, təkcə son üç ildə Polşada 180 futbol hakimi saxlanılıb.
Qeyd edək ki, təkcə son üç ildə Polşada 180 futbol hakimi saxlanılıb.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0