“Çelsi”də qalmaqal
17.12.2008 - 19:21
“Çelsi”də qalmaqal
Luis Felipe Skolari futbolçuların təzyiqi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubda çıxış edən bəzi nüfuzlu oyunçular braziliyalı mütəxəssisdən çəkinməyərək hesab tələb edib. Belə ki, onların fikrincə komandanın son uğursuzluqlarında Skolari günahkardır.

“Vest Hem”lə heç-heçə bitən qarşılaşmanın ardından paltardəyişmə otağında çalışdırıcıdan etdiyi əvəzetmələrə izah tələb olunub. Futbolçuların fikrinə əsasən, yaxşı təsir bağışlayan Mixael Ballakı meydanda saxlamağa borclu olan braziliyalı onu nahaq yerə əvəzləyib. Meydanda görünmədiyi üçün əvəzlənməsi zəruri olan Deku isə nədənsə 90 dəqiqə oynayıb ki, bu da “Çelsi” “avtoritet”lərini qəzəbləndirib.

London təmsilçisinin problemləri xeyli əvvəl başlayıb ki, Cin Terri və Frank Lempard hələ iki həftə əvvəl baş məşqçi ilə görüşərək məşqlərin daha intensiv aparılmasını tələb edib. Onların sözlərinə görə, Joze Mourinyonun vaxtında fiziki cəhətdən güclü olan komanda bunun hesabına qələbələr qazanırdı. Oyunçuları həm də Dekunun əldə etdiyi güzəştlər narahat edir.
0