Türkmənistan yığmasının futbolçusu “Karvan”dan ayrılmasının səbəblərini açıqladı
17.12.2008 - 20:33
Türkmənistan yığmasının futbolçusu “Karvan”dan ayrılmasının səbəblərini açıqladı
“Klubumuzda baş verən baş məşqçi dəyişikliyi Azərbaycanı tərk etməyimlə nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkmənistan milli komandasının oyunçusu Berdı Şamuratov deyib. Bir vaxtlar Yevlaxın “Karvan” klubunun şərəfini qoruyan hücumçu Azərbaycanı tərk etməsinin səbəblərini açıqlayıb.

Portuqaliya mətbuatının tapıb, müsahibə götürdüyü 26 yaşlı Şamuratov bunun səbəbkarı kimi Fuad Yamanı göstərib: “Mən “Karvan”ı baş məşqçi dəyişikliyinə görə tərk etdim. Yeni gələn baş məşqçi öz ideyalarını həyata keçirmək üçün hər şeyi yenidən qurmaq istəyirdi. Belə olan halda, çətin ki, məni meydana buraxacaqdı. Reallıqda isə Azərbaycanın da, Türkmənistanın da istənilən klubunda oynaya bilərəm”.

Qeyd edək ki, Şamuratov hazırda vətənində HTTU-nun şərəfini qoruyur.
0