Çempionlar Liqasının son 10 ildə ən yaxşı qolları
17.12.2008 - 23:29
Çempionlar Liqasının son 10 ildə ən yaxşı qolları
UEFA Çempionlar Liqasına həsr olunmuş jurnalda son 10 ildə bu yarışda vurulmuş ən yaxşı qolların müəlliflərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1998-ci ildən indiyədək qitənin nüfuzlu klub turnirinin ən baxımlı qoluna “Şaxtyor”un futbolçusu Fernandinyo imza atıb. Braziliyalı yarımmüdafiəçi cari mövsümdə səfərdə “Bazel”lə görüşdə fərqlənib.

Ümumiyyətlə, son 10 il üçün 11 qol seçilib. Qolların müəllifləri aşağıdakılardır:

1. Fernandinyo (“Şaxtyor”) – 2008/2009 mövsümündə “Bazel”in qapısına vurduğu qol (2:1)

2. İvan Elquera (“Real”) – 2004/2005 mövsümündə “Yuventus”un qapısına vurduğu qol (1:0)

3. Juninyo (“Lion”) - 2003/2004 mvsümündə “Bavariya”nın qapısına vurduğu qol (2:1)

4. Devid Bekhem (“Mançester Yunayted”) - 1998/1999 mövsümündə “Barselona”nın qapısına vurduğu qol (3:3)

5. Daniel Аqqer (“Liverpul”) - 2006/2007 mövsümündə “Çelsi”nin qapısına vurduğu qol (1:0)

6. Ronaldinyo (“Barselona”) - 2006/2007 mövsümündə “Verder”in qapısına vurduğu qol (2:0)

7. Kərim Benzema (“Lion”) - 2008/2009 mövsümündə “Fiorentina”nın qapısına vurduğu qol (2:2)

8. Alessandro Del Pyero (“Yuventus”) - 2005/2006 mövsümündə Vyana “Rapid”inin qapısına vurduğu qol (3:1)

9. Şunzuke Nakamura “Seltik” - 2006/2007 mövsümündə “Mançester Yunayted”in qapısına vurduğu qol (1:0)

10. Andrea Pirlo (“Milan”) – 2003/2004 mövsümündə “Deportivo”nun qapısına vurduğu qol (4:1)

11. Kriştianu Ronaldo (“Mançester Yunayted”) - 2007/2008 mövsümündə “Sportinq”in qapısına vurduğu qol (2:1)
0