Bekhemin təqdimatı dekabrın 20-də olacaq
18.12.2008 - 00:45
Bekhemin təqdimatı dekabrın 20-də olacaq
Dekabrın 20-də “Milan”ın yeni oyunçusu Devid Bekhemin rəsmi təqdimetmə mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir Milan şəhərinin “San-Siro” stadionunda baş tutacaq.

Bekhem qarşıdakı yarım ildə icarə əsasında “Milan”da oynayacaq. 32 yaşlı ingilis yarımmüdafiəçinin transfer hüquqları isə ABŞ-ın “Los Anceles Qalaksi” klubuna məxsusdur. Sadəcə, ABŞ çempionatı yenicə qutarıb və məşhur futbolçu növbəti birinciliyədək fiziki formasını qorumaq üçün “Milan”la anlaşıb.
0