“Real”ın direktoru: Ronaldo ilə müqavilə bağlamışıq
18.12.2008 - 11:32
“Real”ın direktoru: Ronaldo ilə müqavilə bağlamışıq
2008-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo karyerasını Madridin “Real” klubunda davam etdirəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bu barədə açıqlama verən “Real”ın direktoru Pedro Trapote 23 yaşlı portuqaliyalının yayda komandanın sıralarına qoşulacağını bildirib.

Onun sözlərinə görə, Ronaldonun çıxış etdiyi İngiltərənin “Mançester Yunayted” klubuna artıq rəsmi təklif irəli sürülüb. Ancaq direktor bunu hələ rəsmən açıqlamadıqlarını bildirib: “Əgər bundan sonra nə edəcəyimizi bilmək istəyirsinizsə, mən sizə deyim. “Real” artıq Ronaldo ilə müqavilə bağlayıb. Ancaq hələlik bu haqda danışmasaq, yaxşı olardı. Bir neçə çətinlik ortaya çıxıb. Buna görə də keçid haqda hələ rəsmi məlumat vermək tezdir”.

Qeyd edək ki, Ronaldonun “Real”a keçidi hələ yaydan gündəmdədir.
0