“Bakı”nın futbolçusu A kateqoriyalı məşqçi olacaq
18.12.2008 - 11:37
“Bakı”nın futbolçusu A kateqoriyalı məşqçi olacaq
Bolqarıstanda məşqçilər üçün növbəti seminar təşkil olunub. Apasport.az saytının məlumatına görə, kurslara futbolçu karyerasını davam etdirən 25 bolqarıstanlı qatılıb. “Bakı” klubunda çıxış edən Aleksandr Tamaş da məşqçilik üzrə A kateqoriyasına yiyələnmək istəyən futbolçulardandır. 2000-01-ci illərdə Bolqarıstan milli komandasında oynamış 30 yaşlı müdafiəçi məşqçi olmağa tələsmədiyini də bildirib: “Mənim futbolçu karyeramı bitirməyimə hələ çox var. İndidən məşqçi işləməyim tez olardı. Lakin klubumdan istirahətə buraxıldığımı nəzərə alıb boş vaxtımı səmərəli keçirməyə qərar verdim. Əgər vaxtım varsa, niyə də bu müddəti təhsilə yönəltməyim”.

Qeyd edək ki, Tamaş bu ilin yayında “Bakı”ya keçib.
0