Ümut Karan “Fənərbaxça”ya keçə bilər
18.12.2008 - 11:43
Ümut Karan “Fənərbaxça”ya keçə bilər
“Qalatasaray”ın kapitanı Ümit Karan ikinci dövrədən “Fənərbaxça”da çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda təcrübəli hücumçunun meneceri Harun Arslan açıqlama verib.

“Ümit əsas heyətə düşə bilmir və bundan narazıdır. Rəhbərliklə qazılığa gəlinsə, o, sevə-sevə “Fənərbaxça”nın formasını geyər” – deyə Arslan bildirib.

Xatırladaq ki, “Fənərbaxça” rəhbərliyi mövsümün əvvəlində də Karanı transfer etməyə cəhd göstərmişdi. Amma “Qalatasaray” rəhbərliyi son anda 32 yaşlı futbolçunu heyətdə saxlamağa müvəffəq olmuşdu.
0