Azərbaycan çempionu 1000 dollarlıq kubok uğrunda mübarizə aparacaq
18.12.2008 - 11:57
Azərbaycan çempionu 1000 dollarlıq kubok uğrunda mübarizə aparacaq
Gələn ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin mükafat fondu olmayacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı Rusiya Futbol İttifaqının Yarışların Keçirilməsi Departamentinin direktor müavini Boris Pronin rəsmi açıqlama verib. O bildirib ki, mükafat fondu turnirin əsasnaməsinə uyğun olaraq nəzərdə tutulmayıb: “Turnirin qalibi olan komandaya medallar və xüsusi kubok təqdim olunacaq. Bu mükafat keçici deyil. Yəni, kubok birinci olan komandada həmişəlik qalacaq. Bu dəfə kubokun alınması bizə 1000 dollara başa gəlib”.

Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edəcək son çempion Bakının “İnter” klubu debütantdır.
0