Azərbaycan futbol yığmasının heyəti açıqlanıb
18.12.2008 - 13:31
Azərbaycan futbol yığmasının heyəti açıqlanıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Bernard Lippert yığmaya 20 oyunçu çağırıb. Milli komanda almaniyalı çalışdırıcının rəhbərliyi altında dekabrın 21-dən 25-dək Sumqayıtda təlim-məşq toplanışı keçəcək.

U-21-in heyəti belədir: Cavid Səfərov, Elçin Sadıqov, Maksim Medvedyev, Tural Nərimanov, Nodar Məmmədov, Şəhriyar Rəhimov, Natiq Kərimli, Orxan İsmayılov, Qərib İbrahimov, Emin Cəfərquliyev, Eşqin Quliyev, Emin Ağaməmmədli, Anar Qasımov, Cavid İmamverdiyev, Cavid Rəhimov, Aqil Məmmədov, Əfran İsmayılov, Rauf Əliyev, Bəxtiyar Soltanov, Asif İbrahimov
0