Daha bir futbolçu avtomobil qəzasında öldü
18.12.2008 - 14:22
Ermənistanın gənclərdən ibarət yığmasının üzvü Karlen Abramov dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu Daşkənd şəhəri yaxınlığında avtomobil qəzasında həlak olub.
Özbəkistan paytaxtında anadan olan Karlen bu ölkənin tanınmış məşqçisi Vadim Abramovun oğludur. Yerli “Traktor” və “Novbahor” klublarında çıxış edən mərhumun son dayanacağı İsrailin “Makkabi” kollektivi olub. Karlen Ermənistanın gənclərdən ibarət yığmasının heyətində də bir neçə oyun keçirib.
Qeyd edək ki, az öncə Ukraynanın “Dnepr” klubunda top qovan soydaşımız Maksim Paşayev də avtomobil qəzasında dünyasını dəyişmişdi.

- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0