Joze Rui “Bakı” klubuna gəlməkdən imtina etdi
18.12.2008 - 15:11
Joze Rui “Bakı” klubuna gəlməkdən imtina etdi
Bolqarıstan təmsilçisi MOİK-də çıxış edən Joze Ruinin “Bakı”ya keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu karyerasını Azərbaycanda forma geyinməkdən imtina edib. Bununla da portuqaliyalı yarımmüdafiəçi MOİK-in planlarını alt-üst edib.

Belə ki, sofiyalılar ehtiyatda oturub heyətə düşməyən oyunçuya 12 min avro ödəməmək üçün onu transferə çıxarıb. Futbolçu 6 aylıq icarəsi ilə bağlı “Bakı” və MOİK arasında əldə olunan ilkin razılıqdan sonra ölkəmizə gəlmək istədiyini dilə gətirsə də, qərarını tez dəyişib: “Bolqarıstanı tərk etmək təklifi mənə çox təəccüblü görünür. Sofiya klubunda özümü böyük futbolçu kimi hiss edirəm. Elə bu səbəbdən də buranı tərk etmək niyyətində deyiləm”.
0