Hacıyevskinin komandası dağılır
18.12.2008 - 17:13
Hacıyevskinin komandası dağılır
Makedoniyanın “Vardar” klubu ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, maddi çətinliklə üzləşən Skopye təmsilçisi futbolçularını heyətində saxlamaqda çətinlik çəkir. Hazırda “Vardar”ın bütün oyunçuları Makedoniya və ölkə xaricində özünə yeni komanda axtarmağa başlayıb.

Yeni kluba keçəcək futbolçuların bir çoxu “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevskinin tanıdığı oyunçulardır. Belə ki, makedoniyalı mütəxəssis ayrı-ayrı vaxtlarda üç dəfə baş məşqçisi olduğu “Vardar”ı üst-üstə 7 il çalışdırıb. Bu müddətdə komandasına 5 çempionluq və iki ölkə kuboku qazandıran Hacıyevskinin bəzi yetirmələrinin ölkəmizə üz tutacağı istisna olunmur.

Qeyd edək ki, yayda digər Makedoniya klubu, Çempionlar Liqasında təmsilçimiz “İnter”in rəqibi olan “Rabotniçki”nin də heyəti dağılmışdı.
0