Valentin Xodukin: Azərbaycanın ən yaxşı məşqçisi Ağasəlim Mircavadovdur
18.12.2008 - 17:19
Valentin Xodukin: Azərbaycanın ən yaxşı məşqçisi Ağasəlim Mircavadovdur
“Bu il Azərbaycan ən yaxşı futbolçusu Samir Abbasovdur. O, həm Azərbaycan yığmasının, həm də “İnter”in əsas heyətinin üzvüdür. Samirin ötən mövsüm qazandığımız çempionluqda böyük zəhməti olub”. Bunu apasport.az saytına açıqlamasında son Azərbaycan çempionu “İnter”in baş məşqçisi Valentin Xodukin deyib.

Xodukinin sözlərinə görə, başa çatmaqda olan 2008-ci ilin ən yaxşı futbolçusu birmənalı şəkildə 30 yaşlı müdafiəçisi Samir Abbasov olmalıdır: “Bunu ona görə demirəm ki, Samir öz futbolçumdur. Abbasov başqa komandada çıxış etsəydi belə, onun ən yaxşı sayardım. Çünki bu adı qazanmağa başqalarından daha çox layiqdir”.

Azərbaycan futbol tarixinə ilk titul qazanan əcnəbi mütəxəssis kimi düşən Xodukin həmkarlarını da dəyərləndirib. Ukraynalı mütəxəssis seçimi azərbaycanlı məşqçilərə verib: “Hesab edirəm ki, bu il ən yaxşı məşqçisi olmağa Ağasəlim Mircavadov layiqdir. Belə sorğu keçirilsəydi, ona səs verərdim. “Olimpik”in baş məşqçisi Əsgər Abdullayevlə “Simurq”u çalışdıran həmyerlim Roman Pokoranı da ən yaxşılar sırasında görürəm. Özümə gəlincə, qoy kənardakılar buna qiymət versin. Özüm haqda danışmağım düzgün olmazdı”.
0