Fatih Terim təklif aldığı klubun adını dedi
18.12.2008 - 17:51
Fatih Terim təklif aldığı klubun adını dedi
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim “Fənərbaxça” klubundan təklif alıb. Apasport.az saytının məlumatına görə, 55 yaşlı türkiyəli mütəxəssis böyük uğurlar qazandığı, 8 il öncə UEFA kubokunu qazandırdığı “Qalatasaray”dan öncə “Fənərbaxça”nın ona dəvət göndərməsi ilə bağlı rəsmi açıqlama verib. Klub çalışdırmaq istəyini hər fürsətdə dilə gətirən Terim braziliyalı həmkarı Karlos Alberto Perreyranı əvəzləməli imiş: “Pereyra getdiyi vaxtda “Fənərbaxça”dan dəvət aldım. Deyim ki, çox cəlbedici təklif idi. Mən də mətbuata verdiyim açıqlama ilə “Fənərbaxça”nın rəhbərliyinə təşəkkür etdim. Bu komandanı çalışdırmağa gəlincə, bu məsələlərə girməməliyəm. Onları futbol proqramlarına buraxın”.

Qeyd edək ki, “Fənərbaxça” 70 yaşlı ispan baş məşqçisi Luis Araqonesdən narazı olduğu üçün, onu əvəzləyici axtarır.
0