Rusiyanın ən yaxşı futbolçusu qəzaya düşüb
18.12.2008 - 18:40
Rusiyanın ən yaxşı futbolçusu qəzaya düşüb
2009-cu il martın 28-də dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Rusiya milli komandasının futbolçusu Yuri Jirkov avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Moskva MOİK-nin şərəfini qoruyan Jirkovun idarə etdiyi BMW markalı avtomobil “Jiquli” tərəfindən vurulub. Kalininqrad şəhərində baş verən hadisə zamanı həyat yoldaşı İnna da yarımmüdafiəçinin yanında olub. Ancaq xoşbəxtçilikdən nə futbolçunun özü, nə də həyat yoldaşı xəsarət alıb.

Maraqlıdır ki, qəzaya düşdüyü günün ertəsi Jirkov Moskvaya yollanaraq, rəsmən Rusiyanın ən yaxşı futbolçusu elan olunub.
0