Azərbaycan çempionu Rusiya klubundan getdi
18.12.2008 - 19:09
Azərbaycan çempionu Rusiya klubundan getdi
Azərbaycan çempionu Valeri Abramidze özünə yeni klub axtarır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı gürcüstanlı müdafiəçi Rusiyanın “Anji” klubunda çıxışını başa vurub. Onun komandadakı həmyerlisi Mixail Aşvetiya ilə birgə klubla müqaviləsinin müddəti bitib. Yeni anlaşmanın imzalanmamağı gürcü futbolçuların klubun sıralarını tərk etməsi ilə nəticələnib. Valeri cari mövsümdə Rusiya çempionatının birinci dəstəsində “Anji”nin əsas heyət oyunçularından idi.

Qeyd edək ki, Abramidze 2005-2007-ci illərdə “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionu olub. O, flaqmanla “Birlik kuboku”, Lənkəran təmsilçisi ilə ölkə kubokunu da qazanıb.
0