UEFA kuboku oyunu öncəsi qanlı olay
19.12.2008 - 10:34
UEFA kuboku oyunu öncəsi qanlı olay
Hollandiyanın “Tvente” klubunun azarkeşinin başı balta ilə yarılıb. Apasport.az saytının məlumatına görə, bu xoşagəlməz olay Fransanın paytaxtı Parisdə UEFA kuboku oyunu öncəsi baş verib. “Park de Prens” stadionunda PSJ-nin qonağı olan “Tvente”nin azarkeşi arenanın yaxınlığında başından zərbə alıb.

Xəstəxanaya aparılan hollandın həyatını xilas etmək mümkün olub. Fransa polisi komandaların azarkeşləri arasındakı toqquşmanı aradan qaldırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Qeyd edək ki, “Tvente”ni böyük hesabla məğlub edən (4:0) PSJ rəqibi kimi UEFA kubokunun 1/16 final mərhələsinə yüksəlib.
0