Demyanenko “Neftçi”dən qovulan futbolçuları yanına aparır
19.12.2008 - 12:15
“Hazırda 3-4 klubla danışıqlar aparıram. Bunlar həm Ukrayna, həm də xarici komandalardır. Amma bunlar arasında yenidən Azərbaycanda çalışmaq variantı yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.
Bu ilin sentyabrında “Neftçi” ilə yollarını ayıran 49 yaşlı ukraynalı mütəxəssisin sözlərinə görə, artıq yeni ildə komanda çalışdıracaq: “Kimlərlə danışıq apardığımı indidən demək yaxşı əlamət deyil. Bunun düşər-düşməzi olur. Buna görə də mənə təklif göndərən komandaların adlarını deməyəcəyəm. Yeni ilədək məsələmə aydınlıq gələcəyi gözlənilir”.
Demyanenkonun vaxtında “Neftçi”də çıxış edən bir sıra futbolçular sonradan klubdan kənarlaşdırılıb. Bu oyunçuları diqqət mərkəzində saxlayan ukraynalı məşqçi yenidən onlarla çalışmaq istəyir: “Hər şey mümkündür. Mən həmin futbolçuların potensialını yaxşı bilirəm. Sadəcə, mən başa düşmürəm ki, onlar yaxşı oyunçular olduğu halda, niyə kənarlaşdırıldı? Rəşad Sadiqovla Elnur Allahverdiyevlə İntertoto kubokunda özlərini ən yaxşı tərəfdən göstərdilər. Elnur “Neftçi”də işlədiyim vaxtda inkişaf etdi, əsas heyətdə yerini möhkəmlətdi. Allahverdiyev səviyyəsini daha da qaldıra bilərdi, ancaq buna imkan verilmədi. Yaxud, götürək gürcü hücumçu Georgi Adamiyanı. O, vaxtilə Ukraynada olduğu üçün buradakılara yaxşı tanışdır”.
“Neftçi” və milli komandamızın kapitanı Rəşad Sadıqovun İspaniyanın “Valyadolid” klubuna baxışa yollanmasını bizdən eşidən Demyanenko onu perspektivi haqda nikbin fikirdədir: “Hesab edirəm ki, Rəşadın bu komandaya keçidi realdır. Sadıqov səviyyəli futbolçudur və hər bir komanda ondan faydalana bilər. Yenidən Rəşadla bir yerdə çalışmaq istərdim. Ancaq İspaniyada oynamaq variantı varsa, bunun gerçəkləşməsini arzulayardım. “Neftçi”nin yollarını ayırdığı futbolçular maraq dairəmdədir və onlardan kimisə dəvət edəcəyimi istisna etmirəm”.
Qeyd edək ki, “Neftçi”nin Kiyev “Dinamo”sundan yarım illiyə icarəyə götürdüyü Oleq Gerasimyukun anlaşması başa çatıb. Hər iki komandada Demyanenkonun rəhbərliyi altında oynayan 22 yaşlı ukraynalı yarımmüdafiəçi də gələcək taleyini götür-qoy edir.

0
0