“Levski”nin Azərbaycan çempionuna təklif etdiyi futbolçular bilindi
19.12.2008 - 12:35
“Levski”nin Azərbaycan çempionuna təklif etdiyi futbolçular bilindi
Bolqarıstanın “Levski” klubunun Azərbaycan çempionu “İnter”ə təklif etdiyi oyunçuların adları məlum olub. Apasport.az saytının məlumatına görə, bunlar Boyan İliyev və Daniel Kişdir.

“İnter”in prezidenti Georgi Nikolovun “Levski” və “Botev”in müqaviləsiz oyunçuları ilə güclənəcəkləri barədə açıqlaması Bolqarıstan mətbuatını da əl-ayağa salıb. Bakılılara hansı futbolçuların təklif olunduğunu araşdıran həmkarlarımız məhz İliyevlə Kişin üzərində dayanıb.

Varna “Spartak”ının yetirməsi olan İliyev “Svetkavitsa”, “Nafteks” və “Levski”nin də şərəfini qoruyub. Bolqarıstan çempionatında 107 oyuna 2 qol vuran yarımmüdafiəçi mövsümü “Levski”də başlasa da, bir neçə gün əvvəl komandayla müqaviləsini pozub. “İnter”in sofiyalıların müqaviləsiz oyunçularını heyətinə cəlb edəcəyi gözlənildiyindən bolqar mətbuatı İliyevin Azərbaycana gəlmək variantını gündəmə gətirib. Lakin onlar yenidən Varnaya qayıdıb “Spartak”ın düşərgəsində yer alan Boyanın legioner həyatı yaşayacağına şübhə ilə yanaşır. “Levski”nin azad agent statusu alan slovakiyalı qapıçısı Kiş də artıq vətəninə qayıdıb.

Karyerasını başladığı “Slovan”a qayıtmaq variantı da olan Daniel Bolqarıstan çempionatında cəmi 3 oyun keçirib.
0