Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 64-cü yerdədir
19.12.2008 - 15:09
Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 64-cü yerdədir
FİFA qadınlardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, kişilərdə olduğu kimi, qadınlardan ibarət yığmamızın ötən reytinqlə müqayisədə mövqeyində dəyişiklik olmayıb. 64-cü pillədə yer alan zərif cinslərimizin hesabında 1361 xal var.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız 209 xalla FİFA-nın reytinqində 134-cü yerdə gedir.
0