“Liteks”in braziliyalı hücumçusu Azərbaycanın hansı klubundan dəvət alıb?
19.12.2008 - 16:07
“Liteks”in braziliyalı hücumçusu Azərbaycanın hansı klubundan dəvət alıb?
Bolqarıstanın “Liteks” klubunun futbolçusu Eduardo Du Bala karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, transferə çıxarılan braziliyalı hücumçu karyerasını Azərbaycan və ya Türkiyədə davam etdirəcək. Bir müddət əvvələdək “Botev” 27 yaşlı oyunçunu ələ keçirmək istəsə də, Du Bala bu ölkəni tərk etmək qərarına gəlib. Azərbaycan və Türkiyədən dəvət alan cənubi amerikalının hansı komandalarla danışıq apardığı hələlik açıqlanmır.

Tam adı Eduardo Roberto dos Santos olan braziliyalı karyerasını vətənində başlayıb. Hücumçu Braziliyanın “Taboa da Serra”, “İnter” (Limeyra) və “Baroiri” klublarında çıxış etdikdən sonra legioner həyatı yaşamağa qərar verib. 2005-ci ildə Bolqarıstana üz tutan Eduardo ötən qışadək “Belasitsa”da top qovub və 34 matça 15 qol vurub. Bir ildir “Liteks”də çıxış edən braziliyalı bu komanda ilə Bolqarıstan kubokunun sahibi olub.
0