Branimir Subaşiç: Məşqlərə qatılanda özümü cəhənnəmdə hiss edirdim
19.12.2008 - 17:06
Branimir Subaşiç: Məşqlərə qatılanda özümü cəhənnəmdə hiss edirdim
“Çemodanlarım artıq hazırdır. Lakin mənim üçün ən vacib olanı “Srvena Zvezda”nın “Marakana” stadionunda oynamaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç deyib.

Çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubunun rəsmi internet saytına müsahibə verən 26 yaşlı hücumçu komandanın uğursuzluqlarını sabiq baş məşqçiləri ilə bağlayıb: “Mövsümün ilk yarısını şəxsi planda qənaətbəxş saya bilərəm. Təəssüf ki, komandamızın çıxışı barədə bunu demək olmaz. Mən yayda və indi qərarlaşdığım yerlər arasındakı fərqi də yaxşı dərk edirəm. Serbiyaya qayıdıb Zdenek Zemanın məşqlərinə qatılanda özümü cəhənnəmdə hiss edirdim. Məncə bütün komanda bu vəziyyətdə idi. Çedomir Yanevski baş məşqçi postuna gəlib hər şeyi dəyişdi. Komandamızın yaza doğru artıracağı təbiidir. Çünki bizim səviyyəmiz bunu tələb edir. Mövsümün ilk yarısında yaxşı oynaya bilməmişdik. Lakin Yanevski kimi məşqçimizin olması, bizim zirvəyə qalxacağımızdan xəbər verir. Bilirəm ki, yazda “Srvena Zvezda” öndə olacaq”.

Qeyd edək ki, Bakının “Neftçi” klubu ilə yollarını yayda ayıran Subaşiç yarım ildir “Srvena Zvezda”da çıxış edir.
0