Çempionlar Liqasının qalibi 110,35 milyon avro qazanacaq
19.12.2008 - 17:45
Çempionlar Liqasının qalibi 110,35 milyon avro qazanacaq
UEFA Çempionlar Liqasında birinci yeri tutan komandanın qazancı 110,35 milyon avro təşkil edəcək. Apasport.az saytının məlumatına görə, yarışın rəsmi sponsoru “MasterCard” tərəfindən aparılan araşdırmanın nəticəsi belə olub.

Turnirin qrup mərhələsini adlayaraq 1/8 finalda oynamaq hüququ əldə edən 14 klubun gəliri isə 38,45 milyon avroya bərabərdir. Yalnız ən böyük azarkeş kütləsinə malik “Barselona” və “Mançester Yunayted”in kassalarına əlavə gəlirlə birlikdə 46,14 milyon avro daxil olacaq.
0