Volkana 15 milyon avro
19.12.2008 - 18:17
Volkana 15 milyon avro
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Volkan Dəmirəl sərfəli təklif alıb. Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisi “Panatinaikos” gənc qapıçıya 5 illik müqavilə təklif edib.

Yunanlar Volkanın illik məvacibini 3 milyon avro dəyərində müəyyənləşdiriblər. “Fənərbaxça” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq qapıçı “Panatinaikos”un təklifinə müsbət cavab verib. İndi növbə İstanbul klubu rəsmilərinindir.

Qeyd edək ki, son dövrlər yerli mətbuatın tənqidlərindən canı sıxılan Volkanın “Fənərbaxça”da illik məvacibi 1 milyon 100 min avroya bərabərdir. 2002-ci ildə “Kartalspor” dan transfer edilən Dəmirəl keçirdiyi 183 oyunda 192 qol buraxıb.
0