Azərbaycan futbol yığmaları bu il 61 qələbə qazanıb
19.12.2008 - 18:45
Azərbaycan futbol yığmaları bu il 61 qələbə qazanıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandaların bu ilki çıxışına yekun vurub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu il müxtəlif yığmalar üçün ümumilikdə 74 təlim-məşq toplanışı təşkil olunub. 2008-ci ildə 136 oyun keçirən milli komandalarımız bunun 61-də qalib gəlib, 30-da heç-heçə edib, 45-də uduzub.

Ən çox təlim-məşq toplanışında əsas yığmamız olub – 18 dəfə. Ən çox oyun və qələbə sayı isə 17 yaşlılardan ibarət yığma komandamızın (U-17) hesabındadır. Alman mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmamız keçirdiyi 37 görüşün yarıdan çoxunda (19) meydanı qalib tərk edib. Oyun sayını nəzərə alsaq, elə ən çox uduzan da U-17-dir.

15 yaşlılardan ibarət yığmamız və qadınlardan ibarət milli isə bu il məğlub olmamağı ilə öyünə bilərlər. Zərif cinsin nümayəndələrinin yer aldığı əsas yığmamız bu il cəmi üç görüş keçirib və hamısında qələbə qazanıb.


Komanda

Təlim-məşqtoplanışı

Oyunlar

Qələbə

Heç-heçə

Məğlubiyyət

1

«A» milli

18

11

2

4

5

2

U-21

7

4

0

2

2

3

U-19

9

26

9

8

9

4

U-17

15

37

19

7

11

5

U-15

6

12

8

4

0

6

Futzal «A» milli

5

7

6

0

1

7

U-21 (Futzal)

2

5

3

0

2

8

Qadınlar «A» milli

1

3

3

0

0

9

U-19 (Qadınlar)

5

14

7

4

3

10

U-17 (Qadınlar)

2

6

1

1

4

11

Çimərlik «A»  milli

4

11

3

0

8

Cəmi:

74

136

61

30

45

0