Azərbaycan yığmasının Avropa çempionatında potensial rəqibləri bilindi
20.12.2008 - 11:15
Azərbaycan yığmasının Avropa çempionatında potensial rəqibləri bilindi
21 yaşlılar arasında 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması gələn il fevralın 4-də keçiriləcək. Apasport.az saytının məlumatına görə, Danimarkada təşkil olunacaq qitə birinciliyinə vəsiqələr uğrunda 52 komanda mübarizə aparacaq. Təşkilatçı ölkənin Orxus şəhərində keçiriləcək püşkatmada komandalar 5 səbətə bölünəcək ki, onların 4-də 10, sonuncusunda 12 komanda yer alıb. Artıq UEFA səbətlərin tərkibini açıqlayıb. Azərbaycan milli komandası bu dəfə də ən zəiflərin yer aldığı sonuncu səbətdə qərarlaşıb.

A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Serbiya, Fransa, Avstriya, Türkiyə, İsrail, Rusiya

B səbəti: Belarus, Çexiya, Portuqaliya, İsveç, Finlandiya, Uels, İsveçrə, Ukrayna, Rumıniya, Xorvatiya

C səbəti: Hollandiya, Belçika, Şotlandiya, Macarıstan, Yunanıstan, Norveç, Moldova, Ermənistan, Bolqarıstan, Şimali İrlandiya

D səbəti: Polşa, Latviya, Slovakiya, Albaniya, Makedoniya, İslandiya, Sloveniya, İrlandiya, Bosniya və Herseqovina, Çernoqoriya

E səbəti: Kipr, Gürcüstan, Litva, Qazaxıstan, Andorra, Farer adaları, Estoniya, Malta, San Marino, Azərbaycan, Lixtenşteyn, Lüksemburq

Qeyd edək ki, iki dövrəlik dairəvi sistem üzrə 10 qrupda mübarizə aparan komandalar yarışa gələn il martın 28/29-da başlayacaq. Qrup mərhələsinə 2010-cu il oktyabrın 7-də yekun vurulacaq. Qrup qalibləri və ikinci yeri tutan komandalar arasında ən yaxşı nəticəyə malik olan 4 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
0